EN

Tramp məşhur qəzetdən 15 milyard dollar tələb edir: Böhtan atıb

ABŞ prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetinə qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

“The New York Times” sizin sevimli prezidentiniz, ailəm, biznesim, "America First", "MAGA" və ölkəmiz haqqında onilliklər boyu yalan danışır", - deyə Tramp bildirib.

Tramp NYT-ni “bu ölkənin tarixindəki ən pis və degenerasiyaya uğramış qəzetlərdən biri” adlandırıb. O, nəşri seçkilərdəki rəqibi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəklədiyinə görə qınayıb.

"Mən bunu tarixdə ən böyük qeyri-qanuni kampaniya hesab edirəm!", - deyə Amerika lideri qeyd edib.

Chosen
19
publika.az

1Sources