EN

Azad olunmuş torpaqlarda inkişaf SOCAR 2024 cü ildə nələr etdi?

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi 2024-cü ildə Xankəndi şəhərində 31 binada 819 mənzilə təbii qazın verilməsini təmin edib.

Bu barədə şirkətin 2024-cü il üzrə hesabatında məlumat verilib.

Belə ki, Kəlbəcər rayonunun Zar kəndində daşıyıcı qaz kəmərinin çəkilməsi üçün 11 425 metr polietilen yeraltı daşıyıcı qaz kəməri çəkilib.

Rayonda, həmçinin "İstisu" mineral su zavodunun qazlaşdırılması üçün 730 metr polad borularla qaz xətti quraşdırılıb. Bundan başqa, "İstisu" Müalicə İstirahət Kompleksinin qazlaşdırılması üçün 3 336 metr polietilen borular qaynaq edilib.

2024-cü ildə, eyni zamanda, Ağdərə rayonu Həsənriz kəndində daxili paylayıcı qaz kəmərlərinin çəkilməsi üçün 11 min metrə yaxın polad və 5 min metrdən çox polietilen daşıyıcı qaz kəməri çəkilib. 90 fərdi evin daxili qaz xətləri və qaz sayğacları quraşdırılıb.

Xocalı rayonunun Ballıca kəndində isə müxtəlif diametrli qaz xətlərinin 2.3 km hissəsi təmir olunub. 49 abonent təbii qazla təmin edilib.

Ətraflı Baku TV-nin videomaterialında:

Azad olunmuş torpaqlarda inkişaf - SOCAR 2024-cü ildə nələr etdi?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
8
oxu.az

9Sources