EN

AFFA Terim və Fıratla danışıq aparır? - federasiya rəhbərliyi qərarını verib

Artıq bir neçə gündür ki, Azərbaycan milli komandasına Fatih Terim və ya Engin Fıratın gətiriləcəyi ilə bağlı xəbərlər tirajlanır.

Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, federasiya rəhbərliyi nə Terim, nə də Fıratla danışıq aparıb.

AFFA-nın Fatih Terim və ya Engin Fıratı baş məşqçi postuna dəvət etmək kimi planı yoxdur. 

Bu, sadəcə menecerlərin gündəmə gətirmək istədiyi məşqçilərdir.

Əslində isə AFFA rəhbərliyi millinin yeni baş məşqçisinin yerli olacağı ilə bağlı artıq qərarını verib.

Sadəcə onun kimliyinə yaxın vaxtlarda aydınlıq gətiriləcək. 

saytlarin hazirlanmasi

Chosen
46
4
sportal.az

5Sources