2026-cı ilin dövlət büdcəsi üzrə proqnolzlar 2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə proqnozlaşdırlıb.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamada bildirilir.
Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsi üçün xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
Xəbər verdiyimiz kimi, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.