EN

Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət başçısı Donald Trampın vasitəçiliyi ilə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. 

Missiya.Az xəbər verir ki, Ukrayna lideri bu barədə “Sky News” telekanalına müsahibəsində məlumat verib.

“Mən Tramp və Putinlə görüşməyə hazıram, lakin heç bir şərt olmadan bunu etməyə hazıram”, - deyə siyasətçi vurğulayıb.

Zelenski həmçinin qeyd edib ki, bu görüş Moskvada baş tuta bilməz.

Xatırladaq ki, bir müddət əvvəl Putin Zelenski ilə Moskvada danışıqlara hazır olduğunu bəyan edib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
22
1
missiya.az

2Sources