EN

Zelenskinin Trampdan əsas GÖZLƏNTİSİ

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampı Rusiyaya qarşı sanksiyalar və müharibənin dayandırılması məsələsində qəti mövqe ortaya qoymağa çağırıb.

Modern.az xəbər verir ki, Zelenski bunu "Sky News"a müsahibəsində Zelenski bildirib ki, döyüşlərin dayandırılmasının yeganə yolu əvvəlcədən təhlükəsizlik təminatlarının verilməsidir.

“Müharibəni bitirməzdən əvvəl bütün razılaşmaların əldə olunmasını istəyirəm. ABŞ və Avropa tərəfdaşlarının dəstəkləyəcəyi sənəd lazımdır. Bunun üçün prezident Trampın qəti mövqeyi vacibdir”, - deyə o vurğulayıb.

Zelenski, həmçinin Trampı Rusiya prezidenti Vladimir Putini dayandırmaq üçün şəxsi addımlar atmağa çağırıb:

“Mən inanıram ki, ABŞ kifayət qədər güclüdür. Tramp bizə zəruri sayda HHM sistemləri verə bilər, ABŞ-ın ehtiyatı buna yetərlidir. ABŞ həm də elə sanksiyalar tətbiq edə bilər ki, Rusiya iqtisadiyyatı zərbə alsın. Trampın Putini qorxutmağa gücü çatır”, - Ukrayna lideri qeyd edib.

O, Avropa İttifaqının artıq Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq etdiyini xatırladaraq, indi ABŞ-dan qətiyyətli addımın gözləndiyini vurğulayıb.

Rusiya pilotsuz uçuş aparatlarının NATO ölkələrinin ərazisinə daxil olmasına da toxunan Zelenski bunu Kreml rəhbərinin alyansın hazırlığını sınağa çəkməsi kimi qiymətləndirib:

“Putin NATO-nun diplomatik və siyasi imkanlarını yoxlayır, həm də bunun əhalidə hansı reaksiyaya səbəb olacağını müşahidə edir. Bu həm də bir mesajdır: "Ukraynaya əlavə HHM sistemləri verməyin, onları özünüz üçün saxlaya bilərsiniz”, – deyə o bildirib.

Chosen
31
2
modern.az

3Sources