EN

Azərbaycanda orta illik inflyasiya 2029 cu ilə qədər 4,2 % ə düşəcək

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan hökuməti 2026-2029-cu illərdə orta illik inflyasiyanın azalacağını proqnozlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin sonuna qədər ölkədə orta illik inflyasiya 5,4 % təşkil edəcək. 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 %-ə qədər enəcək.

2027-ci ildə orta illik inflyasiyanın 4,5%, 2028-ci ildə - 4,3 %, 2029-cu ildə isə - 4,2 % səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
6
metbuat.az

8Sources