EN

Dərman xərcləri niyə artıb? Deputatdan AÇIQLAMA

"2025-ci ilin ilk 8 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclər isə rekord səviyyədə – 21 faiz artaraq vətəndaşlara əlavə 210 milyon manat yük olub".

QHT.az xəbər verir ki, bu fikri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, artım əsasən dərman qiymətlərinin yüksəlməsi və tibbi xidmətlərə tələbin artması ilə bağlıdır:

"Dövlət Statistika Komitəsinə görə, tibbi xidmətlərin qiymətində də artım müşahidə olunub. Əczaçılıq xərclərinin ailə büdcəsinə təsirini azaltmaq üçün qiymət tarazlığının qorunması, istehlak xərclərinin optimallaşdırılması və yerli istehsalın genişləndirilməsi vacibdir".

 

Pərvanə Fərhadqızı

Chosen
25
qht.az

1Sources