EN

TKTA xarici kvalifikasiyaların tanınması ilə bağlı 3480 müraciət üzrə ekspertiza həyata keçirib

Bakı, 16 sentyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 3480 müraciət üzrə ekspertiza həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, 491 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib: “Mənfi rəyin verilməsində bir neçə amil səbəb olub:

- Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 344 imtina;

- Təhsilalma forması üzrə uyğunsuzluq səbəbilə 33 imtina;

- Autentik (həqiqi) olmayan diplom səbəbilə 23 imtina;

- Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 19 imtina;

- Akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 22 imtina;

- Ekvivalenti olmayan ixtisas səbəbilə 8 imtina;

- Akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 8 imtina;

- Əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 7 imtina;

- Bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna imtina verilməsi səbəbilə isə 6 imtina”.

Chosen
46
3
azertag.az

6Sources