Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən son 8 ay ərzində xarici kvalifikasiyaların tanınması ilə bağlı 3 480 müraciət üzrə ekspertiza həyata keçirilib".
Oxu.Az xəbər verir ki, bu fikirləri TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, ekspertiza nəticəsində 2 989 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib:
"491 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Mənfi rəyin verilməsinə aşağıdakı faktorlar səbəb olub:
1. Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbi ilə - 344 imtina;
2. Təhsilalma forması üzrə uyğunsuzluq səbəbi ilə - 33 imtina;
3. Autentik (həqiqi) olmayan diplom səbəbi ilə - 23 imtina;
4. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbi ilə - 19 imtina;
5. Akkreditasiyasız ali təhsil müəssisəsi səbəb ilə - 22 imtina;
6. Ekvivalenti olmayan ixtisas səbəbi ilə - 8 imtina;
7. Akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbi ilə - 8 imtina;
8. Əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbi ilə - 7 imtina;
9. Bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna imtina verilməsi səbəbi ilə - 6 imtina".
Məhərrəm Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.