EN

“Anamın vəfatını qardaşımın statusundan öyrəndim”

Meyxanaçı Namiq Qaraçuxurlu ötən il vəfat edən anası Qənirə xanımdan danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Rəngarəng” verilişində açıqlama verib. Namiq anasınının son anda yanında ola bilmədiyini söyləyib:

“Anam xəstə olanda ən ağır günlərimdə içimdə çəkmişəm, kənardan görünməyib. Onun məzarı başında dayana bilmədim, camaatın içində etmədim, qaçdım, kənarda yer tapdım, nəfəsim kəsilənə qədər ağladım. Gücümü toparladım, gəldim. İstəmirəm məndən kiçiklər məni belə görsünlər, istəmirəm məni sınmış görsünlər. Nədənsə istəmirəm problemimi kiməsə göstərim Gördüm, nəfəsim kəsilir, gəlmir, dərindən nəfəs aldım, toparlandım ki, belə olmaz, ayağa qalxdım. Son anda anamın yanında olmamaq çox çətin idi. Moskvada idim, məndən gizlətmişdilər. Gecə idi, qardaşımın statusunda gördüm, o, elə bilirdi ki, mən görmürəm. Mən öyrənəndə gecə 2-3 idi, səhəri gün gəldim, artıq dəfn olunmuşdu”.

Chosen
29
2
olay.az

3Sources