EN

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistanın Vladivostokdakı baş konsulu Yusup Kabuljanov bildirib ki, Daşkənd Primorye diyarında miqrantlara qarşı hücumlarla bağlı Rusiya hakimiyyətinə rəsmi nota təqdim edib.

Milli.Az xəbər verir ki, "Konsulluq adından Vladivostok Şəhər Daxili İşlər İdarəsinə, Rusiya XİN-in regional nümayəndəliyinə və Primorsk diyarının prokurorluğuna müraciət olunub. Məsələ ilə bağlı bütün zəruri tədbirlərin görülməsi tələb edilib", - Kabuljanov qeyd edib.

Hadisə sosial şəbəkələrdə yayılan videolardan sonra geniş rezonans doğurub. Özbəkistanın ekologiya nazirinin müşaviri, parlamentin keçmiş deputatı Rəsul Kuşerbayev sentyabrın 13-də bir qrup rusiyalı gəncin özbək miqrantlara hücum edərək onları təhqir etdiyini iddia edib. Bu barədə görüntülər paylaşıb.  

Kuşerbayevin sözlərinə görə, miqrantlar kömək üçün konsulluğa müraciət etsələr də, ilkin mərhələdə dəstək ala bilməyiblər.

Özbəkistan tərəfi məsələni diqqətdə saxladığını və vətəndaşlarının hüquqlarının qorunması üçün diplomatik addımlar atıldığını bildirib.

Fidan
Milli.Az

Chosen
8
2
milli.az

6Sources