AZ

SİYASİ QALMAQAL: Özbəkistandan Rusiyaya SƏRT NOTA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Özbəkistan Vladivostokda öz vətəndaşlarına qarşı hücumlarla bağlı Rusiyaya nota verib.Musavat.com xəbər verir ki, bu barədə Özbəkistanın bu şəhərdəki baş konsulu Yusup Kabuljanov bildirib.Onun sözlərinə görə, Daşkənd Rusiyanın müvafiq qurumlarından hadisə ilə bağlı tədbir görülməsini tələb edib.Qazeta.uz-un məlumatına görə, Özbəkistan ekologiya nazirinin müşaviri, qanunvericilik palatasının keçmiş deputatı Rəsul Kuşerbayev bir qrup rusiyalı gəncin Primorye diyarının paytaxtında özbək miqrantlara hücum edərək onları təhqir etməsi barədə məlumat yayıb.Kuşerbayev sosial şəbəkələrdə gənclərlə miqrantlar arasında münaqişələrin əks olunduğu üç video da dərc edib. Kadrlardan birində taksi sürücüsünün döyülməyə çalışıldığı görünür. Onun sözlərinə görə, hücumlar sentyabrın 13-də baş verib. Kuşerbayev əlavə edib ki, miqrantlar konsulluğa müraciət etsələr də, onlara lazımi yardım göstərilməyib."Vətəndaşlarımız adından Vladivostok şəhər Daxili İşlər İdarəsinə rəsmi məlumat verilib. Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyinə və Primorsk diyarı prokurorluğuna bu məsələ ilə bağlı bütün lazımi tədbirlərin görülməsinin vacibliyi barədə nota təqdim olunub", – Kabuljanov bildirib.Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
3
demokrat.az

6Mənbələr