EN

Qohumunun evindən seyf oğurlayan şəxs saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Moranlı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən pul və qızıl-zinət əşyaları oğurlayan Araz Qarayev saxlanılıb.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Verilən məlumata görə, adıçəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2 500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 500 manat və 12 000 ABŞ dolları olan seyfi oğurlayıb.

Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev özünə minik avtomobili də alıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Chosen
40
37
olke.az

10Sources