EN

Azərbaycanın neft-qaz gəlirləri 44%-dən çox azalacaq

BAKI, 16 sentyabr. TELEQRAF

2029-cu ildə Azərbaycanın neft-qaz sektorundan gəlirlərinin 44.3% azalacağı proqnozlaşdırılır.

Teleqraf Maliyyə Nazirliyin hesabatına istinadən xəbər verir ki, cari ilə təsdiq olunmuş neft-qaz gəlirləri 18 milyard 311 milyon manat olub.

Proqnoza görə, 2026-cı ildə bu sektordan gəlirlər 16 milyard 350 milyon manat, 2027-ci ildə 15 milyard 250 milyon manat, 2028-ci ildə 14 milyard 305 milyon manat, 2029-cu ildə isə 13 milyard 480 milyon manat təşkil edəcək.

Qeyri-neft-qaz gəlirlərində isə artım davam edəcək. 2029-cu ildə cari ilə nisbətən qeyri-neft-qaz gəlirlərində 34% artım proqnozlaşdırılıb. Bu sahədə gəlirlər 2026-cı ildə 20 milyard 73 milyon manat, 2027-ci ildə 23 milyard 822.5 milyon manat, 2028-ci ildə 25 milyard 262 milyon manat, 2029-cu ildə isə 26 milyard 263 milyon manat olacaq.

Hesabatda həmçinin qeyd olunub ki, Dövlət Neft Fondundan büdcəyə transfertlər də azalacaq. 2026-cı ildə Fonddan transfertlər 12 milyard 750 milyon manat, 2027-ci ildə 11 milyard 900 milyon manat, 2028-ci ildə 11 milyard 50 milyon manat, 2029-cu ildə isə 10 milyard 200 milyon manat təşkil edəcək

Chosen
33
teleqraf.com

1Sources