EN

Deputat şəhid adlarının verilməsi ilə bağlı normaların dəqiqləşdirilməsini təklif edi

Bəzi kəndlərdə yalnız bir şəhid və bir orden olduğu üçün onun adını qanuna uyğun olaraq heç bir müəssisəyə verək olmur. Bunu deputat Vasif Qafarov bildirib.

"Nazirlər Kabinetinin mövcud normativlərinə əsasən, ən azı iki ordenli şəhidin adı təhsil müəssisələrinə və küçələrə verilə bilər. Lakin bəzi kəndlərdə yalnız bir şəhid və bir orden olduğu üçün bu tələbin istisna hallarda yenidən nəzərdən keçirilməsinin məqsədəuyğun olar", - deputat deyib.

Qafarov həmçinin Lerikdə bələdiyyə və kənd adlarında texniki və orfoqrafik səhvlərin mövcudluğuna diqqət çəkərək, 18 kənd adının düzgün yazılmadığını, 10 bələdiyyənin isə struktur baxımından dəyişdiyini vurğulayıb.

Deputat Siyavuş Novruzov isə məsələyə münasibət bildirərək qeyd edib ki, şəhid adlarının əbədiləşdirilməsi qanunvericilik çərçivəsində tənzimlənir. Onun sözlərinə görə, ölkədə təxminən 5 min məktəb, 15 min şəhid var və bütün şəhidlərin adlarının təhsil müəssisələrinə verilməsi praktiki olaraq mümkün deyil.

“Bir kənddə 5 şəhid, 1 məktəb var. Bu məsələnin hüquqi və məntiqi izahını şəhid ailələri ilə görüşlər zamanı təqdim edirik,” –  Novruzov bildirib.

Gülnar Nazimqızı

Chosen
44
4
anews.az

5Sources