Gürcüstanın baş naziri İrakli Kobaxidze siyasi motivli cinayətlərə qarşı qanunları sərtləşdirməyə söz verib.
"Mən hər kəsə söz verirəm ki, digər sahələrdə qanunları sərtləşdirdiyimiz kimi, siyasi motivli cinayətlərə də çox sərt yanaşmalarımız olacaq. Təbii ki, bu cür yanaşmalar radikallara yaraşmayacaq, amma cəmiyyətə yaraşır", - Kobaxidze deyib.
O, ötən həftə ictimaiyyəti hazırkı hakimiyyəti dinc yolla devirməyə çağıran müxalifət liderlərindən biri Levan Xabeişvilinin həbsini jurnalistlərə şərh edib.
"Müxalifət ictimaiyyəti hər şeyin radikalizm, zorakılıq və hakimiyyətin devrilməsi ətrafında cərəyan etdiyinə öyrətməyə çalışır. Bugünkü təcrübə 3-4 il əvvəlkindən fərqli olmalıdır. Gürcüstanda qanun siyasi motivli cinayətlərə qarşı bütün sərtliklə tətbiq edilməlidir, yalnız bu halda biz öz milli maraqlarımızı qoruya biləcəyik", - Gürcüstanın baş naziri bazar ertəsi deyib.
O əlavə edib ki, hazırda radikallar oktyabrda Gürcüstanda baş verməli olan “dinc inqilab”dan danışırlar, lakin “belə bir şey olmayacaq”.
Əziz Mustafa