EN

Zelenski Putin və Trampla üçtərəfli görüşə hazır olduğunu açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə üz-üzə görüşməyə hazır olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, Zelenski bu barədə "Sky News"a müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə razıdır, lakin danışıqların Moskvada baş tutması qəbuledilməzdir.
Bir gün əvvəl isə Zelenski bildirmişdi ki, Rusiya lideri ilə dialoqa açıqdır, lakin bu, amerikalılar və ya avropalılar vasitəsilə deyil, onların dəstəyi ilə, ancaq birbaşa iştirakları olmadan həyata keçirilməlidir.
Chosen
19
oxu.az

1Sources