EN

İspaniyadan İsrailə böyük ŞOK: Milyardlıq müqavilə ləğv edildi

İspaniya Müdafiə Nazirliyinin İsrail şirkətləri ilə ümumi dəyəri təxminən 1 milyard avro olan iki silah müqaviləsini ləğv etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İspaniyanın rəsmi xəbər agentliyi EFE hökumət mənbələrinə istinadən xəbər verir ki, sentyabrın 9-da elan edilən 9 maddəlik sanksiya paketinin tərkib hissəsi olan İsrailə qarşı silah embarqosu çərçivəsində artıq konkret addımlar atılıb.

Məlumata görə, Müdafiə Nazirliyi Silahlı Qüvvələr üçün nəzərdə tutulmuş “Silam” reaktiv yaylım atəş sistemləri və “Spike LR” tank əleyhinə raket komplekslərinin alınması ilə bağlı müqavilələri rəsmən ləğv edib.

Ləğv edilən müqavilələrdən biri Almaniyanın Rheinmetall Expal Munitions və EM&E şirkətlərinin ortaq müəssisəsi ilə imzalanıb və dəyəri 700 milyon avro təşkil edir. Digər müqavilə isə İsrailin Rafael şirkətinin İspaniya üzrə törəmə şirkəti PAP Tecnos Innovacion SA ilə imzalanmış və 168 ədəd "Spike" raketinin alınmasını nəzərdə tuturdu. Bu müqavilənin dəyəri isə 287,5 milyon avro idi.

Bildirilib ki, Müdafiə Nazirliyi İsraillə hərbi-texnoloji əməkdaşlığı tamamilə dayandırmaq və Silahlı Qüvvələrin ehtiyaclarını alternativ yollarla təmin etmək istiqamətində işlərini davam etdirir.

Digər tərəfdən, İsrailə silah, sursat və hərbi texnika satışını hüquqi cəhətdən qadağan edən kral fərmanının gələn həftə təsdiqlənməsi gözlənilir. Sənədin bu vaxta qədər gecikməsinin səbəbi isə onun Avropa İttifaqı hüququna uyğunlaşdırılması ilə bağlı texniki çətinliklərdir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
29
1
turkustan.az

2Sources