EN

“Tramp elə edə bilər ki, Putin ondan qorxsun” Zelenski ABŞ Prezidentini tənqid etdi

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”-a müsahibəsində bəyan edib ki, Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün ABŞ Prezidenti Donald Trampın Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsində “aydın mövqe” nümayiş etdirməsi və Amerika administrasiyasının sanksiyalarla bağlı daha qətiyyətli addımlar atması vacibdir.

Zelenski dolayı yolla Trampın son açıqlamalarını tənqid edib. Xatırladaq ki, ABŞ lideri yeni sanksiyaların yalnız Avropa İttifaqı Rusiyadan enerji daşıyıcılarının idxalından imtina etdiyi halda tətbiq olunacağını bildirmişdi. Ukrayna Prezidentinin fikrincə, ABŞ kimi dünya gücünün Rusiyaya təzyiq göstərmək üçün kifayət qədər imkanları var və Vaşinqton bu məsələdə başqalarını gözləməməlidir.

Zelenski vurğulayıb ki, Tramp Kiyevə əlavə hava hücumundan müdafiə sistemləri verə və Rusiyanın iqtisadiyyatına real zərbə vuracaq sanksiyalar tətbiq edə bilər. O, Trampın məntiqini – yəni sanksiyaların sərtləşdirilməsi halında Moskvanın danışıqlardan çıxacağından ehtiyatlanmasını anladığını desə də, hesab edir ki, Rusiya ilə münasibətlərdə daha sərt olmaq lazımdır:

“Tramp elə edə bilər ki, Putin ondan qorxsun”, – Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin ABŞ rəhbərini müharibədən sonrakı dövrdə təhlükəsizlik zəmanətləri ilə bağlı da qətiyyət göstərməyə çağırıb. Onun sözlərinə görə, bu zəmanətlər ABŞ və Avropa tərəfdaşlarının dəstəklədiyi rəsmi sənəd formasında təsbit olunmalıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
azpolitika.info

1Sources