Sentyabrın 21-i bu ilin ikinci Günəş tutulması baş verəcək.
Bu, qismən Günəş tutulmasıdır.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.
Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq və 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Azərbaycan ərazisindən isə müşahidə olunmayacaq.
"Cebheinfo.az"