EN

Azərbaycanda yeni komanda yaradıldı AFFA ya müraciət olundu

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda yeni komanda yaradılıb.

Bunu Fanat.Az-a komandanın rəsmisi Rövşən Mustafayev bildirib. 

"Bakı TFK" (Bakı Tələbə Futbol Klubu") adlanacaq komanda artıq AFFA-ya müraciət edib və Region Liqasına qatılmaq istəyi barədə məlumat verib. Quruma sponsor zəmanəti də verilib. 

"Bakı TFK" ev oyunlarını Şirvan Olimpiya Kompleksində keçirəcək. Artıq bir müddətdir fəaliyyətə başlayan komanda 3 yoxlama oyunu keçirib. Növbəti rəqib "Real Bakı" olacaq. 

Qeyd edək ki, Region Liqasının son qalibi “Xankəndi” olub. Finalda "Şirvan"ı üstələyən Qarabağ təmsilçisi çempion kimi 2-ci Liqaya vəsiqə qazanıb.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
5
fanat.az

6Sources