AZ

Azərbaycanda yeni futbol klunu yaradıldı

Azərbaycanda yeni komanda yaradılıb.
 
Bunu Fanat.Az-a komandanın rəsmisi Rövşən Mustafayev bildirib. 
 
"Bakı TFK" (Bakı Tələbə Futbol Klubu") adlanacaq komanda artıq AFFA-ya müraciət edib və Region Liqasına qatılmaq istəyi barədə məlumat verib. Quruma sponsor zəmanəti də verilib. 
 
"Bakı TFK" ev oyunlarını Şirvan Olimpiya Kompleksində keçirəcək. Artıq bir müddətdir fəaliyyətə başlayan komanda 3 yoxlama oyunu keçirib. Növbəti rəqib "Real Bakı" olacaq. 
 
Qeyd edək ki, Region Liqasının son qalibi "Xankəndi” olub. Finalda "Şirvan"ı üstələyən Qarabağ təmsilçisi çempion kimi 2-ci Liqaya vəsiqə qazanıb.
 

Seçilən
6
5
hit.az

6Mənbələr