EN

KİV: Ukraynalı futbolçular azərbaycanlılardan qisas ala bilər

ain.az bildirir, sport24.az portalına istinadən.

Ukraynalı futbolçu Georgi Sudakov "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda "Benfika"da debüt edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Record.pt" nəşri məlumat yayıb.Lissabon təmsilçisinin baş məşqçisi Brunu Laje "Santa Klara" ilə heç-heçə etdikləri (1:1) çempionat matçında bəzi oyunçulardan narazı qalıb. Mütəxəssis bu səbəbdən Sudakovu ilk "11-lik"də meydana buraxmağa hazırdır. Ukraynanın "Football24" isə nəşri qapıçı Anatoli Trubinin də start heyətində olacağını vurğulayıb: "Trubin və Sudakov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna millisinin Bakıda keçirilən uğursuz heç-heçəsindən (1:1) sonra azərbaycanlılardan qisas ala bilər".Qeyd edək ki, bu gün Lissabondakı "Eştadiu da Luş" stadionunda təşkil edəcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
sport24.az

1Sources