MBDA şirkəti DSEI-2025 sərgisində SPEAR raket ailəsinin yeni üzvünü təqdim edib.
“Poliqon” MBDA-ya istinadən xəbər verir ki, SPEAR GLIDE adlı yeni variant, maddi baxımdan səmərəlidir və sürətlə artan tələblərə cavab vermək məqsədilə hazırlanıb.
“Hava-yer” tipli SPEAR GLIDE raketinin istehsalında asanlıqla əldə edilə bilən kommersiya komponentlərindən və alternativ istehsal xətlərindən istifadə edilərək müştəriyə daha aşağı qiymətli seçim təqdim olunur. Eyni zamanda, süni intellekt (AI) vasitəsilə raketin performansı qorunur və GNSS siqnalının olmadığı mühitlər üçün şəkil əsaslı naviqasiya təmin edilir. SPEAR GLIDE-nin sürətli kütləvi istehsala uyğunluğu ehtiyac yarandığı halda istehsalın artırılmasına imkan verir.
MBDA, rəqəmsal əkiz (digital twin) imkanlarından istifadə edərək SPEAR-ın real performans məlumatları ilə SPEAR GLIDE-nin inkişaf etdirilməsini, konsept və qiymətləndirmə mərhələləri boyunca inkişaf proqramının sürətləndirilməsini həyata keçirib. Şirkət mövcud infrastruktur, yükləmə sistemləri, saxlama, test avadanlığı, müəssisələr, 4-cü və 5-ci nəsil platformalar üçün inteqrasiya həllərindən istifadə edərək SPEAR GLIDE-nin risk və əldə etmə xərclərini azaldıb.