ABŞ Dövlət Departamenti 567.8 milyon dollar dəyərindəki AIM-9X “Sidewinder” Block II raketlərinin Belçikaya satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 320 ədəd “hava-hava” tipli AIM-9X “Sidewinder” Block II raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.
Qeyd olunub ki, AIM-9X raketləri Belçika Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları tərəfindən istifadə ediləcək.