EN

Bakı metrosu tədris ilinin ilk günündə 900 minə yaxın sərnişin daşıyıb

"Bakı Metropliteni" QSC yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atdı. Bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Məlumata əsasən, intervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə ciddi təsir göstərdi.

Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin sayı gün ərzində metrodan istifadə edənlərin 43,06 %-ini təşkil edib.

Bunun 77 392-si "28 May", 73 112-si "Koroğlu", 71 415-si "Elmlər Akademiyası", 70 843-ü "Gənclik", 67 660-i "20 Yanvar", 62 221-i isə "Nəriman Nərimanov" stansiyasının payına düşüb.

Chosen
12
3
anews.az

10Sources