AZ

Bakı Metropoliteni yeni tədris ilinin ilk günündə rekord sayda sərnişin daşıyıb

Bakı Metropoliteni yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atıb.
 
"Bakı Metropoliteni" QSC- dən Moderator.az-a verilən məlumata görə, intervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə ciddi təsir göstərib.
 
Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin sayı gün ərzində metrodan istifadə edənlərin 43.06 %-ini təşkil edib.
 
Qeyd edək ki, sərnişinlərin ən çox üz tutduğu stansiyalar “28 May” (77 392 nəfər), “Koroğlu” (73 112 nəfər), “Elmlər Akademiyası” (71 415 nəfər), “Gənclik” (70 843 nəfər), “20 Yanvar” (67 660 nəfər) və “Nəriman Nərimanov” (62 221 nəfər) olub.
Seçilən
24
1
moderator.az

10Mənbələr