Sorğuda iştirak edən respondentlərin əksəriyyəti Qərbin sanksiyaları və hərbi dəstəyi ilə Ukraynanın qalib gələcəyini düşünür…
Poliqon xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) sonuncu sorğusuna görə, ukraynalıların 76 faizi ölkənin davam edən müharibədə qalib gələcəyinə inanır. Respondentlərin fikrincə, bunun üçün Ukrayna beynəlxalq tərəfdaşlardan kifayət qədər silah, maliyyə yardımı və sanksiya dəstəyi almalıdır.
Sorğu nəticələrinə əsasən, iştirakçıların 15 faizi isə belə dəstək olsa belə, Ukraynanın qələbə qazana bilməyəcəyini düşünür. Daha 9 faiz respondent isə bu məsələdə mövqeyini müəyyənləşdirə bilməyib.
KMİS-in sosioloqları qeyd ediblər ki, ictimai rəy Ukrayna cəmiyyətində davamlı optimizm və müqavimət əhval-ruhiyyəsinin yüksək olaraq qaldığını göstərir. Bu isə həm siyasi rəhbərlik, həm də beynəlxalq tərəfdaşlar üçün mühüm siqnal kimi qiymətləndirilir.
Poliqon.info