EN

Azərbaycanda inflyasiya ilə bağlı 2030-cu ilə qədər olan proqnoz açıqlanıb

2026-cı ildə Azərbaycanda 4,8 faiz inflyasiya proqnozlaşdırılır.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, eyni zamanda, inflyasiyanın 2027-ci ildə 4,5 faiz, 2028-ci ildə 4,3 faiz olacağı proqnozlaşdırılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,4 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 4,2 faiz olacağı gözlənilir.

Chosen
27
5
azerbaijan-news.az

6Sources