EN

Yunanıstan təşvişdə: NATO-dan Türkiyəyə inanılmaz jest

NATO-nun baş katibi Mark Ruttenin Türkiyənin Avropa İttifaqının “SAFE” adlı nəhəng müdafiə layihəsində iştirakını dəstəklədiyi iddiası Yunanıstanı təşvişə salıb.

Publika.az xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzeti bununla bağlı “Rutte Türkiyəyə qırmızı xalça sərdi” başlıqlı yazı dərc edib.

Məlumata görə, Rutte keçən cümə axşamı Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında iştirak edərək, Türkiyənin “SAFE” proqramına daxil edilməsini dolayısı ilə dəstəkləyib. O, Aİ üzvlərinin Ankaraya “etimad səsi” verməli olduğunu müdafiə edərək, Türkiyənin NATO-Aİ əməkdaşlığı üçün əvəzolunmaz olduğunu vurğulayıb.

Qəzet yazır ki, Ruttenin açıq standartları Aİ-yə əvvəlcədən ötürməsi Afinada narahatlıq yaradıb. Türkiyənin razılığı olmadan heç bir addımın atıla bilməyəcəyi və bu səbəbdən Ankaranın prosesdə əsas aktora çevrildiyi bildirilib.

Chosen
32
publika.az

1Sources