EN

Gucci, Balenciaga və Alexander McQueen müştəri məlumatları sızdırılıb

Ajans.az BBC-ə istinadən xəbər verir ki, e-poçt ünvanları, telefon nömrələri, fiziki ünvanlar və müştərilərin mağazalarda xərclədiyi məbləğlər daxildir. Nümunələrdə bəzi şəxslərin 30-86 min dollar arası xərclədiyi görünür ki, bu da onların əlavə risk altına düşməsinə səbəb ola bilər. Brendlərin ana şirkəti Kering Group pozuntunu təsdiqləyib, lakin heç bir maliyyə və ya identifikasiya məlumatının oğurlanmadığını bildirib. Şirkət hakerlərlə danışıqlar aparmadığını və fidyə ödəmədiyini vurğulayıb. Hadisə, bu ilin əvvəlində digər lüks brendlərə qarşı baş verən oxşar hücumlarla eyni dövrə təsadüf edir.

 

Chosen
25
Ajans.az

1Sources