EN

Ərazi vahidlərinin adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq  

Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 16-da keçirilən iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bildirilir ki, müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırmalıdır.

Mövcud qanunvericiliyə görə, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Chosen
36
15
azerbaijan-news.az

10Sources