EN

AFFA I Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, iclasda 1-ci liqanın 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

MOİK – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” 210 manat cərimə edilib.

MOİK – “Şahdağ Qusar” oyununun 90+1-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şahdağ Qusar” komandası 700 manat cərimə edilib.

“Səbail” – “Mingəçevir” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.

“Səbail” – “Mingəçevir” oyununda “Səbail” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Səbail” komandası 900 manat cərimə edilib

Chosen
32
1
operativmedia.az

2Sources