EN

Bakıda uca sə slə muqisi qoşan “Tofaş” sürücüsü videoya çəkildiyini görüb baxın nə etdi VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxt və ətraf ərazilərdə tez-tez rast gəlinən mənzərələrdən biri də bəzi sürücülərin avtomobildə musiqini həddindən artıq uca səslə qoşmasıdır. Xüsusilə gecə saatlarında müşahidə olunan bu hal həm ictimai asayişi pozur, həm də insanların haqlı narazılığına səbəb olur.

Yüksək səsli musiqi təkcə etik qaydalara zidd deyil, həm də təhlükəlidir. Belə ki, gurultu səbəbindən sürücülər digər avtomobillərin siqnallarını və təcili yardım, polis, yanğınsöndürən kimi xüsusi təyinatlı maşınların xəbərdarlıq siqnallarını eşitməyə bilərlər. Bu, birbaşa yol hərəkəti təhlükəsizliyini risk altına atır.

Qanunvericiliyə görə, ictimai yerlərdə - küçələrdə, mənzillərdə, həyətlərdə, istirahət yerlərində və s. yüksək səslə musiqi çalmağa dair gecə vaxtı məhdudiyyətlər mövcuddur. Belə ki, saat 24:00-dan (gecə yarısından) 07:00-ə qədər səs-küy salmaq maqnitofonların, digər aparatların gur səslə musiqi yayması inzibati məsuliyyət doğurur. 

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektiylə İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsində işıqlandırdığımız məsələylə bağlı xoşagəlməz mənzərə qeydə alınıb. 

Bu barədə izləyicilərdən biri Avtosfer.az-a müraciət edərək video göndərib. Hadisə sentybarın 15-də axşam saatlarında baş verib. Kadrdan da göründüyü kimi, 77-SG-661 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü maşının şüşələri açıq vəziyyətdə yüksək səslə musiqiyə qulaq asır. Şikayətçi bildirib ki, dəqiqələrlə ərazidə dayanan sürücü yaxınlıqda yaşayan sakinləri, eləcə də piyada və sürücüləri narahat edib. Daha sonra izləyici ictimai qınaq məqsədilə onu videoya çəkib. Bunu görən sürücü musiqinin səsini azaldaraq ərazidən kənarlaşıb.

Sürücülər unutmamalıdırlar ki, musiqi şəxsi zövqdür, lakin onu ictimai yerlərdə gurultulu şəkildə dinləyərək başqalarının həyatına müdaxilə etmək mədəniyyətsizlikdir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
avtosfer.az

1Sources