EN

Şair Əlisəmid Kür reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - YENİLƏNİB

Xəstə Əlisəmid Kür (Cəfərli) ötən gün Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Respublika Diaqnostika Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

"Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Bütün lazımi tibbi tədbirlər tərəfimizdən həyata keçirilir".

***

12:01

Şair Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə APA-ya onun oğlu aktyor Qorqud Cəfər məlumat verib.

"Hazırda atamın vəziyyəti ağırdır", - deyib.

Chosen
73
4
apa.az

7Sources