EN

Pomidor və qarpız bu xəstəliyin düşmənidir



Pomidor və qarpız xərçəng riskini 10% azaldır

Mütəxəssislər prostat xərçənginin qarşısının alınması ilə bağlı tədqiqatları ilə bu meyvələrdə meyvələrdə olan xüsusi maddənin xərçəngin qarşısını almağa kömək etdiyi göstərilmişdir.

Diyetoloq İqor Strokov bildirib:

"Həyat tərzini dəyişməyin xəstəliyin qarşısını almağa kömək etdiyinə dair sübutlar var. Belə seçimlərdən biri də likopen olan qidaları yeməkdir.

Likopen qarpız və pomidor kimi qırmızı və çəhrayı meyvələrdə onlara rəng verən təbii kimyəvi maddədir.


İllər ərzində sübutlar toplanıb ki, tərkibində likopen olan qidaların qəbulu prostat vəzi xərçəngi riskinin aşağı olması ilə əlaqələndirilir. Pəhrizində ən çox likopeni qəbul edən insanların prostat xərçənginə tutulma riski ən az yeyənlərə nisbətən 11% az olub".


Müəyyən edilmişdir ki, orta hesabla, hər gün istehlak edilən hər 1 milliqram likopen üçün prostat xərçəngi inkişaf riski bir faiz azalmışdır.

Bəzi qidaların tərkibində iltihabı azaldan, orqanizmdə hormonları tarazlaşdıran, immunitet sistemini gücləndirən, qanın oksigenləşməsini yaxşılaşdıran və xroniki xəstəliklər, o cümlədən xərçəng riski ilə mübarizə aparan bioaktiv maddələr var.


Aygün Musayeva


Chosen
35
1
medicina.az

2Sources