EN

İsraildən BMT-yə sərt təpki: HƏMAS-ın kuklaları...

BAKI, 16 sentyabr. TELEQRAF

“İsrailin Qəzza zolağındakı hərəkətlərini “soyqırımı” kimi tanıyan BMT komissiyasının ekspertləri radikal HƏMAS-ın kuklalarıdır”.

Teleqraf xəbər verir ki, bunu İsrailin BMT-dəki nümayəndəsi Daniel Meron bildirib.

Diplomat komissiyanın hesabatını “skandal” adlandırıb.

“HƏMAS-ın kuklalarıkimi çıxış edən, açıq-aşkar antisemit mövqeləri ilə tanınan və yəhudilər haqqında dəhşətli bəyanatları bütün dünyada qınanan şəxslər bu gün Qəzza ilə bağlı daha bir yalan hesabat dərc ediblər”, - Meron deyib.

Xatırladaq ki, bundan əvvəl BMT komissiyası İsrail Baş naziri Benyamin Netanyahu, Prezident İsxaq Hersoq və keçmiş müdafiə naziri Yoav Qalantı Qəzza zolağında soyqırımını qızışdırmaqda ittiham edən hesabat yayımlayıb.

Chosen
72
teleqraf.com

1Sources