EN

Xalq artisti Hacı Murad Yagizarov dəfn olunub

Bakı. Trend

Sentyabrın 16-da Xalq artisti Hacı Murad Yagizarov II Fəxrixiyabanda dəfn olunub.

Trend xəbərverir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənətdostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirakediblər.

Qeyd edək ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru,Dövlət mükafatı laureatı Hacı Murad Yegizarov 13 sentyabr 2025-ciil tarixində, ömrünün 86-cı ilində Almaniyada vəfat edib.

Hacı Murad Hacı Əhməd oğlu Yegizarov 18 iyul 1939-ci ildə Bakışəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraqgöstərib, dram dərnəyində çıxış edib. 1958–1962-ci illərdə M.Əliyevadına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU)Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu)təhsil alıb.

1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrınabağlayan aktyor burada "Sən niyə yaşayırsan?", "Həyat necə dəqısadır", "Pik saatı", "Öz yolunla", "Valentin və Valentina","İvanov", "Qumluqdakı ev", "Aydın", "Şeyx Sənan", "Qurdlar vəquzular", "Artist və onun kölgəsi", "Arzu tramvayı" və digərtamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb.

1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor “Böyükdayaq”, “Ulduz”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”,“Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.

Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləriyüksək qiymətləndirilib. O, 1974-cü ildə “Əməkdar artist”, 1982-ciildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına,2009-cü ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenlərinə layiqgörülüb.

Məqalədə:
Chosen
79
30
az.trend.az

10Sources