ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Siyəzəndəki yararsız məktəb gələn il təmir ediləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud məktəb binalarının əsaslı təmiri idarənin əsas prioritetlərindən biridir: "Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilmiş, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib".
"Hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır.
Eyni zamanda qeyd edirik ki, Siyəzən rayonu Vüqar Qasımov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbinin istismara yararsız vəziyyətdə olması ilə əlaqədar məktəb növbəti ilin təmir planına daxil edilib. Mövcud şərait nəzərə alınaraq, həmin məktəbdə təhsil alan şagirdlərin bir qismi Siyəzən rayonu Gilgilçay stansiya tam orta məktəbinə, digər bir qismi isə Gilgilçay qəsəbə tam orta məktəbinə köçürülüb
Lakin Gilgilçay stansiya tam orta ümumtəhsil məktəbinin də təmirə bağlanması səbəbilə həmin şagirdlərin Siyəzən şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində təhsillərini davam etdirmələri üçün zəruri tədbirlər görülüb. Şagirdlərin yeni təhsil müəssisəsinə təhlükəsiz və rahat şəkildə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən tam təmin olunur"- qurumdan vurğulanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.