EN

Cəlilabaddə məktəb yoldaşı tərəfindən öldürülən şagirdlə bağlı rəsmi AÇIQLAMA

Bakı. Trend:

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən bildirilirki, 16 sentyabr 2025-ci il tarixində Cəlilabad rayonu Xəlilabadkənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinifyoldaşına xəsarət yetirib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Lənkəran-AstaraRegional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardımbriqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasınıdəyişib.

Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.

Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinindavam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda dahahəssas davranmalarını, paylaşımlarda rəsmi qurumlarınaçıqlamalarına istinad etməyi xahiş edirik.

Məqalədə:
Chosen
21
2
az.trend.az

4Sources