AZ

Məktəbdə şagirdin öldürülməsi ilə bağlı rəsmi AÇIQLAMA

Sentyabrın 16-da Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Bu barədə Redaktor.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib. Qeyd olunub ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib: "Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib. Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.

Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

Seçilən
35
2
redaktor.az

4Mənbələr