EN

Pensiya kapitalı hesabına kredit götürmək İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ: “Bu halda…” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda vətəndaşların pensiya kapitalından kredit götürməsi məsələsi tez-tez gündəmə gəlir. Bəs, Pensiya kapitalı hesabına kredit götürmək mümkündürmü?

Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, pensiya kapitalı yalnız 65 yaşdan sonra vətəndaşların pensiyasını təmin etmək üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, pensiya kapitalı müəyyən olunmuş qaydada bölünərək 144 aylıq pensiya kimi ödənilir və hazırda istifadə edilə biləcək vəsait deyil:

“Pensiya kapitalı hesabına kredit götürmək olmaz. Qanun buna icazə vermir və gələcəkdə də icazə verilməyəcək. Çünki bu, vətəndaşın indiki gəliri deyil ki, ondan istifadə etsin. Pensiya kapitalını girov qoyaraq kredit almaq da qətiyyən mümkün deyil. Bu vəsait yalnız vətəndaşın gələcək pensiya təminatı üçündür”, – deyə iqtisadçı qeyd edib.

Beləliklə, mövcud qanunvericiliyə əsasən, vətəndaşlar pensiya kapitalını nə kredit götürmək, nə də girov kimi istifadə etmək imkanı əldə edə bilərlər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
2
konkret.az

3Sources