EN

Ermənistan Minskdə MDB hökumət başçılarının iclasında iştirakını təsdiqləyib

Ermənistan sentyabrın 29-da Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında iştirakını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə MDB Baş katibinin birinci müavini İqor Petrişenko bildirib.

Onun sözlərinə görə, iştirak formatı hələ dəqiqləşdirilir.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun prezident olduğu müddətdə dövlət məmurlarına Belarusa getməyi qadağan edib.

Chosen
16
1
apa.az

2Sources