EN

Polşa üzərində Rusiya PUA-ları NATO-ya iki mühüm mesaj göndərir - Zelenski

"Rusiya pilotsuz təyyarələrinin NATO hava məkanına daxil olması Qərbə iki mühüm siqnal göndərmək məqsədi daşıyır". 

HİT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Sky News" telekanalına müsahibəsində deyib.

Prezident ilk növbədə qeyd edib ki, Vladimir Putin NATO-nu yoxlayır. O, NATO-nun nəyə hazır olduğunu, həm diplomatik, həm də siyasi baxımdan nələrə qadir olduğunu və yerli əhalinin buna necə reaksiya verəcəyini görmək istəyir.

Bununla belə, Putinin avropalılara göndərdiyi başqa bir mühüm mesaj da var.

"Məncə, onlar daha bir siqnal göndərirlər: "Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə cəsarət etmə, bunlar sənə özünüz lazım ola bilər", deyə Zelenski qeyd edib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl bildirmişdi ki, Polşanın pilotsuz uçuş aparatları əleyhinə komandaları Rusiyadan gələcək hücumlardan qorunmaq üçün Ukrayna operatorları tərəfindən təlim keçəcək. Bundan əlavə, o, bildirib ki, Qərb Ukrayna hava məkanında Rusiyaya məxsus pilotsuz təyyarələri və raketləri vurmaq barədə düşünməlidir.

Samir
 

Chosen
33
hit.az

1Sources