
Cəlilabad rayonunun Xəlilabad kəndində məktəbli qətli baş verib.
Musavat.com-a kənd bələdiyyəsindən verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində Xəlilabad kənd tam orta məktəbinin həyətində qeydə alınıb.
11-ci sinif şagirdi sinif yoldaşı ilə mübahisə edib və nəticədə onu ürəyindən bıçaqlayıb.
Yaralı məktəbli dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətli törədən şagird polis əməkdaşları tərəfindən saxlanılıb. Onların mübahisəsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Â