EN

Gələn il orta aylıq əməkhaqqının 1171 manat olacağı proqnozlaşdırılır

2026-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1170,8 manat olacağı proqnozlaşdırılır.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2027-ci ildə əməkhaqqı 1246,8 manat, 2028-ci ildə 1327,6 manat, 2029-cu ildə isə 1411,8 manat təşkil edəcək.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat olub.

Chosen
31
5
yeniazerbaycan.com

6Sources