EN

“Qarabağ” Gənclər Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürür.

Gundem.az xəbər verir ki, Çempionlar Liqasının “Benfika” – “Qarabağ” matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gələcəklər.

Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı “Kayşa Futeboç Kampuş” arenasında keçiriləcək.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.

Xatırladaq ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.

Chosen
16
11
gundem.az

10Sources