EN

Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Xankəndidə baş verən hadisənin detallarının üzə çıxmasını gözləməliyik. Hüquq-mühafizə orqanları araşdırmalarını sona qədər həyata keçirdikdən sonra daha dolğun məlumatımız olacaq. Bundan sonra daha dəqiq və detallı danışmaq mümkündür”.Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə ötən gün erməniəsilli şəxsin Xankəndi şəhərində terror aktına cəd etməsindən danışarkən deyib.Deputat əlavə edib ki, bu kimi halların olması istisna edilməməlidir. Onun sözlərinə görə, söhbət ancaq son hadisənin baş verdiyi regiondan getmir: “Azərbaycanın düşmənləri çoxdur, belə hadisələrdən sevinərlər. Ancaq müharibədə qalib gələn Azərbaycan güclüdür, hər bir hərəkəti aradan qaldırmaq əzmindədir”.A. Mollazadə bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üçün addımlar davam etməlidir: “İndi sazişə bir məsələ mane olur: Ermənistan Konstitusiyası. Azərbaycanın şərti odur ki, konstitusiya dəyişdirilsin, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina olunsun. Baş nazir Nikol Paşinyan da vəd verib ki, bu şərti yerinə yetirəcək. İndi biz gözləyirik. Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq”Nemət ORUCOVReyting.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
reyting.az

2Sources