Naxçıvanda 2025-2026-cı tədris ilində 562 tələbə peşə təhsil müəssisələrinə qəbul olunub.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2025-2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə, Şərur və Ordubad peşə liseylərinə 22 ixtisas üzrə 562 tələbə qəbul olunub.
Qeyd edək ki, yeni tədris ilində peşə təhsil müəssisələrində 14 yeni ixtisas yaradılıb.